IQNA

Fələstinli uşaqlardan İsrailə qarşı etiraz aksiyası

14:06 - August 25, 2021
Xəbər sayı: 3490591
Çox sayda uşaq və yeniyetmə öz səslərini dünya ictimaiyyətinə çatdırmaq üçün Qəzzanın şimalındakı “Beyt-Hanun” nəzarət-keçid məntəqəsi yaxınlığında toplaşıblar.

Bir qrup fələstinli uşaq İsrailin Qəzzanı 15 ildir blokadada saxlamasına öz etirazını bildirib.

Çox sayda uşaq və yeniyetmə öz səslərini dünya ictimaiyyətinə çatdırmaq üçün Qəzzanın şimalındakı “Beyt-Hanun” nəzarət-keçid məntəqəsi yaxınlığında toplaşıblar.

Aksiya çərçivəsində Qəzza səmasına hava şarları buraxılıb.

Aksiya iştirakçıları əllərində Fələstin bayraqları və üzərində “Uşaqlığımızı xilas edin!”, “Biz Fələstinin uşaqlarıyıq!”, “Bizə öz torpağımızda zülm edirlər”, “Siz niyə bizim yaralar və göz yaşlarımızı görmürsünüz?” yazılı plakatlar tutublar.

Aksiya iştirakçılarından biri – Əhməd Əbu Əskər adlı oğlan deyib ki, İsrail Qəzzada bəşəriyyət əleyhinə cinayətlər törətməyə davam edir.

(İsrailin) bu cür hərəkətlər(i) bizi uşaqlığımızdan məhrum edir və bizə başqa ölkələrdəki həmyaşıdlarımız kimi yaşamağa mane olur”, – deyə fələstli uşaq qeyd edib.

Xatırladaq ki, İsrail 2006-cı ildən təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza sektorunu mühasirədə saxlayır.

Qeyd edək ki, Qəzza “dünyanın açıq səma altındakı ən böyük həbsxanası” adlandırılır. /Şəfəqna

Fələstinli uşaqlar aksiya keçirdilər

 

 

Teqlər: fələstin ، uşaq ، şar ، qəzza ، sionist
captcha