IQNA

Dünyanın ən böyük halal sərgisi İstanbulda keçiriləcək

20:33 - November 13, 2021
Xəbər sayı: 3491191
Türkiyənin İstanbul şəhərində İƏT-ə üzv ölkələrin 8-ci Halal Sərgisi və 7-ci Halal Dünya Sammiti keçiriləcək.

İQNA, "Halal Expo"-ya istinadən xəbər verir ki, dünyanın ən böyük Halal Sərgisi olan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 8-ci Halal Sərgisi, Türkiyənin İstanbul şəhərində 7-ci Halal Dünya Sammiti ilə eyni vaxtda keçiriləcək.

8-ci Halal Sərgi, İslam Ticarətin İnkişafı Mərkəzi (ICDT) və İslam Ölkələrinin Standartlar və Metrologiya Müəssisəsi (SMIIC) ilə birgə 25-28 noyabr 2021-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində İstanbul Konqres Mərkəzində keçiriləcək.

25 ölkədən nümayəndənin 8-ci Halal Sərgisinin qida sənayesi, turizm, sağlamlıq gözəlliyi, eləcə də nəşrlər və təhsil də daxil olmaqla müxtəlif bölmələrində iştirakı gözlənilir.

Halal turizm, İslam maliyyəsi, qablaşdırma, İslam geyimləri və modası, kosmetika və fərdi qulluq, qida və içkilər, qida emalı maşın və avadanlıqları bu sərgidə təqdim olunan bölmələr arasında olacaq.

 

captcha