IQNA

Misirdə məscidlərin yanında kilsə tikilməsi ilə bağlı mübahisə yaranıb

18:03 - March 11, 2022
Xəbər sayı: 3491894
Misirdə prezident Əbdülfəttah əs-Sisinin ölkənin milli məskən layihələrində, həmin ərazilərdə xristianların sayından asılı olmayaraq hər yeni məscidin yanında kilsə tikilməsi zərurəti ilə bağlı söylədiyi fikirlər ətrafında mübahisələr davam edir.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Əs-Sisinin çıxışı Misirdəki kopt (Koptlar özlərini ilk misir xristianların nəslindən hesab edirlər) xristianlar məsələsi ilə bağlı mübahisələri yenidən gündəmə gətirib. Bununla bağlı əsas tənqidlər Misirdəki xristianların faktiki sayı, yeni kilsələrə ehtiyac olması ilə bağlı şübhələr, eləcə də hazırkı Misir cəmiyyətində bu məsələnin prioritetliyinə dair şübhələr olub. Digər tərəfdən, Misir prezidentinin müdafiəçiləri bunu bu ölkədə milli birliyi möhkəmləndirmək üçün layiqli addım hesab ediblər.

Keçən həftə əl-Sisi bir neçə mühüm milli mənzil layihələrinin açılışı zamanı mənzil naziri Asim Əlcəzairin çıxışını kəsərək, bütün milli mənzil layihələrində hər yeni məscidin yanında kilsə tikilməsinin vacibliyini vurğulamışdı.

Mənzil naziri Sisiyə məsələni izah etməyə çalışmışdı və bunun böyük layihələrdə edildiyini söyləmişdi. Ancaq kiçik layihələrdə xristianlar üçün yalnız kiçik bir ibadətgah tikilir. O, bu addımı bəzi bölgələrdə xristianların sayının az olması ilə əlaqələndirib.

Amma əs-Sisi xristianların sayı cəmi 150 nəfər olsa belə, hər yeni məsciddə kilsə tikilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, bu, xristian vətəndaşın evini kilsəyə çevirməsindən daha yaxşıdır.

Ötən həftədən sosial şəbəkələrdə Misir prezidentinin açıqlamaları ətrafında müzakirələr davam edir. Sisini tənqid edənlər Misirdəki müsəlman və xristian əhali arasında əhəmiyyətli fərqlər nəzərə alınarsa, bu iddianın əsassız olduğunu və həyata keçirildiyi təqdirdə yalnız xristianların lehinə ayrı-seçkilik yaradacağını iddia ediblər.

4041874

Teqlər: misir ، məscid ، kilsə ، mübahisə ، layihə
captcha