IQNA

Cənubi Afrikanın Keyptaun şəhərində küçədə iftar yeməyi verilib

11:54 - April 13, 2022
Xəbər sayı: 3492058
Cənubi Afrika Respublikasının Keyptaun şəhərinin rayonlarından birində ilk dəfə yüzlərlə insanın iştirakı ilə kütləvi iftar verilib.

"İQNA", "IOL"-a istinadən xəbər verir ki, Retreat-da Cafda ərazisinin adını eşidəndə adətən bu ərazidəki dəstə zorakılığı və cinayətkar dəstələr yada düşür. Bununla belə, bazar günü yerli məscid və icma təşkilatlarının köməyi ilə rayon sakinləri iftarda birgə yemək yeyiblər.

1200-dən çox müsəlman və qeyri-müsəlman sakin Ərazidəki Peter Çarlz küçəsində iftar üçün toplaşıblar. Bu iftar Əl-İslamiyyə Məscidi tərəfindən bir neçə yerli İslam və qeyri-islami yerli sosial qurumlarla əməkdaşlıq çərçivəsində təşkil edilib.

Mərasimdə iştirak edənlərdən olan İsmayıl tədbiri böyük uğur adlandırıb və əlavə edib ki, çox gözəl idi.

4048790

captcha