IQNA

Qeyri-müsəlmanlar Bolton Məscidinin iftar yeməyində qonaq olub

15:09 - April 26, 2022
Xəbər sayı: 3492133
İngiltərənin Mançester şəhərində Boltonun ən böyük məscidində digər din və məzhəblərə mənsub vətəndaşlar iftar süfrəsinə qonaq olub.

İQNA, "Bolton News"-a istinadən  xəbər verir ki, bu mərasim Bolton Məscidi Şurasının (BCOM) iştirakı ilə Böyük Zəkəriyya Məscidi tərəfindən keçirilib.

Mərasimin məqsədi qeyri-müsəlmanları İslam dininin təlimləri və Ramazan ayında orucun vacibliyi ilə daha yaxından tanış etmək olub.

Tədbirin tanınmış qonaqları arasında Bolton Xəstəxanasının baş icraçı direktoru Martin Koks və deputat Yasmin Qureyşi də olub.

Mançester polisinin və yerli yanğınsöndürmə xidmətinin nümayəndələri də iftar süfrəsinə qonaq olublar.

Bolton Məscidi Şurasının sözçüsü deyib ki, Ramazan ayı ailələri və icmaları bir-birinə daha da yaxınlaşdırır və insanlara düşünmə və aramlıq bəxş edir. Bu, cəmiyyətə başqa dinlərə mənsub insanlara kömək əlini və şəfqətini uzatmağa imkan verir. Bolton icmasının möhkəm birliyini və həmrəyliyini göstərən bu tədbirdə müxtəlif dinlərə mənsub insanları bir araya gətirmək böyük şərəf idi.

4052418

captcha