IQNA

Səudiyyə şiələri Koronadan sonra ilk açıq iftar süfrəsi təşkil edib

19:54 - April 26, 2022
Xəbər sayı: 3492137
Səudiyyə Ərəbistanının Qətif şəhərinin Ummül-Həmmam kəndindən olan bir qrup şiə Korona epidemiyasının yayılmasından sonra ilk dəfə olaraq xalqa iftar süfrəsi verib.

İQNA, "Cəhinə əl-Əxbariyyə"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Qətif şəhərinin Ummül-Həmmam kəndinin Əl-Bəsitin məhəlləsində bir qrup gənc xalqa iftar süfrəsi açıb.

Bu iftar süfrəsinin təşkilatçılarından olan Təysir Mehimid deyib ki, Korona epidemiyasının yayılmasından sonra ilk dəfə olaraq xalq üçün iftar süfrəsi açılıb.

O, bildirib ki, burada festival kimi bir şey keçirildi. Biz görüşdük və orada böyüklü-kiçik çoxlu insan iştirak etdi.

Təysir Mehimid vurğulayıb ki, bu sadə və qeyri-adi mərasimi keçirmək üçün məhəllələrin arasında yerləşən küçə bəzədilib və işıqlandırılıb. Məqsədimiz sadəcə yemək vermək deyil, insanları bir araya gətirmək idi.

برپایی اولین سفره افطار عمومی شیعیان عربستان پس از کرونا

4052447

captcha