"İQNA", "Əhval"-a istinadən xəbər verir ki, İstanbulda eramızın 6-cı əsrinə aid olan Ayasofya yenidən məscidə çevrildikdən sonra son iki ildə milyonlarla ziyarətçinin diqqətini cəlb edib.
Bu bina ilk dəfə 1453-cü ildə Konstantinopolun Osmanlılar tərəfindən fəthindən sonra kilsədən məscidə çevrilmişdir.
24 iyul 2020-ci ildən bu yana 6,5 milyon ziyarətçi bu məscidi ziyarət edib. 9 günlük Qurban bayramı günlərində bu gözəl məscidi hər gün 120 min insan ziyarət edib.
4073157