IQNA

Pakistan Parlamentində İslam Memarlığı Sərgisinin açılışı

5:47 - May 05, 2023
Xəbər sayı: 3494123
Bu parlamentdə Macarıstanın İslam memarlığı irsinin sərgisini Pakistan Parlamentinin sədri Raja Pervaiz Əşrəf açıb.

"İQNA", "The Express Tribune"-yə istinadən xəbər verir ki, bu sərgi Macarıstanın İslamabaddakı səfirliyi və Pakistan parlamentinin Pakistan Konstitusiyasının 50 illiyi münasibətilə birgə təşkil etdiyi ilk sərgidir.

Mərasimdə müdafiə naziri Xacə Asif, Pakistan və Macarıstan parlament qrupunun sədri Mahnaz Əkbər Əziz, səfirlər, ali komissar, keçmiş nazirlər və senatorlar iştirak ediblər.

Pakistan parlamentinin sədri çıxışında deyib: "Macarıstan Osmanlı İmperatorluğunun digər bölgələrindən təkcə iqtisadi və sosial səbəblərə görə deyil, həm də mədəni səbəblərə görə fərqlənir. Əslində Osmanlılar bu ölkənin 150 illik işğalında Macarıstanda heç vaxt qüdrətlərini artıra bilməyiblər".

Əşrəf bu sərginin keçirilməsinə görə Macarıstan səfirinə və səfirliyinə təşəkkür edib. Həmçinin iki ölkənin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığını genişləndirə biləcəyinə ümid etdiyini bildirib.

Macarıstanın Pakistandakı səfiri Bela Fazkas çıxışında insanların bu sərgi vasitəsilə Macarıstanın İslam memarlığının irsi haqqında məlumat əldə edəcəklərinə ümid etdiyini bildirib.

Macarıstanın Pakistandakı səfiri bildirib ki, məscid kimi yenidən dizayn edilən binaların əksəriyyəti yenidən xristian kilsələrinə çevrildikdən sonra Osmanlı memarlıq xarakterini itirsə də, yeni tikilmiş məscidlər daha yaxşı qorunub saxlanılıb. Məsələn, Sklosdakı Malkok bəy məscidi 1990-cı illərdə təmir edilib və 1993-cü ildə Mədəni İrs üzrə Avropa Nostra Mükafatını alıb.

4138235

captcha