IQNA

Qüds Pravoslav Kilsəsi Qəzzada xristian mərkəzlərinə edilən hücumu pisləyib

10:21 - November 02, 2023
Xəbər sayı: 3494946
QƏZZƏ (İQNA) - Qüds Rum Pravoslav Kilsəsinin yepiskopu sionist rejimin çərşənbə axşamı Qəzza şəhərindəki mədəniyyət mərkəzinə hücumunu pisləyib.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, bəyanatda bu ifadələr yer alıb: "İsrail ordusunun Qəzzada pravoslav mədəniyyət mərkəzini hədəf alması bu rejimin mühasirədə olan Qəzza zolağında mülki infrastrukturu, sosial xidmət mərkəzlərini və mülki sığınacaqları dağıtmaqda ədalətsiz israrının təzahürüdür".

Bu sosial, mədəniyyət və idman mərkəzləri mülki şəxslər üçün sığınacaq verir. Pravoslav mədəniyyət mərkəzinə və xidmət obyektlərinə hücum Qəzzada mədəni və sosial xidmətlərin sütunlarından birinin birbaşa və ədalətsiz şəkildə hədəf alındığını göstərir.

Bəyanatda həmçinin vurğulanır ki, mülki əhalinin, xüsusilə də uşaqların hədəf alınması, mülki infrastrukturun dağıdılması heç bir məntiqi əsasa və humanitar əsasa malik deyil və mənəvi dəyərlərlə bir araya sığmır.

İsrail bundan əvvəl Qəzzadakı St. Porphyrius kisəsinə sığınan mülki insanları hədəfə alıb. Yunan Ortodoks Kilsəsinin yepiskopu da Qəzzanın Əl-Zeytun məhəlləsində kilsənin İsrail təyyarələri tərəfindən bombalanmasını pisləyib.

Bundan əlavə, yepiskop digər kilsələrlə birlikdə ehtiyacı olanlara yardım, dəstək və sığınacaq verməklə öz dini və əxlaqi vəzifələrini yerinə yetirməkdə qərarlı olduqlarını bildirib.

4179186

captcha