IQNA

İspaniya parlamentində israilə etiraz olub

4:05 - January 03, 2024
Xəbər sayı: 3495233
İQNA - İspaniya parlamenti İsrailin Qəzzada törətdiyi qətliamları yekdilliklə pisləyib.

“TRT Haber”in verdiyi məlumata görə, İsrailin Qəzzada törətdiyi qətliam İspaniya parlamentində müzakirə edilib.

Deputat Mariya Marin İsrailə etiraz edib.

Marin çıxışı zamanı “Lənət olsun soyqırım edənlərə və lənət olsun özünü onlara dost elan edənlərə”.

Millət vəkili Qəzzada baş verənlərə də diqqət çəkib.

İspan siyasətçi çıxışını Qəzzada qətlə yetirilən günahsız uşaqları simvolizə edən kəfənə bükülmüş kukla ilə belə yekunlaşdırıb:

"Fələstin qalib gələcək, yaşasın azad Fələstin, yaşasın azad Fələstin!"

Parlament İsrailin Qəzzada törətdiyi qətliamları yekdilliklə pisləyib.

captcha