IQNA

Banqladeşdə oruc tutanlar üçün iş saatlarının azaldılması

9:22 - March 04, 2024
Xəbər sayı: 3495562
İQNA - Banqladeşin baş naziri Nazirlər Şurası ilə görüşündə Ramazan ayında iş saatlarının azaldılacağını bildirib.

"İQNA", xəbər verir ki, Banqladeşin Baş naziri Şeyx Hasina Vecid Nazirlər Şurası ilə keçirdiyi görüşdə Ramazan ayında böyük iftar süfrələri təşkil edilərkən baş verən israfçılığı tənqid edərək, kasıbların bu süfrələrlə iftar edə biləcəyini xatırladıb, həmçinin bu ay iş saatları ilə bağlı açıqlamalar verib.

Qarşıdan gələn Ramazan ayında qida istifadəsində israfçılığın qarşısını almaq üçün hökumətin idarə heyəti geniş iftar mərasimlərinin keçirilməməsi ilə bağlı göstəriş verib.

Bununla bağlı özəl qurumların israfçılığını tənqid edən Banqladeşin baş naziri iftar xərclərinin yoxsullara ayrılması barədə göstəriş verib.

Banqladeşin baş naziri Ramazan ayında iş saatları haqqında da deyib: Hökumət Ramazan ayında hökumət, yarı hökumət və özəl idarələrin iş qrafikini müəyyən edib. Bu il Ramazan ayında işçilər saat 09:00-15:00 arası işləyəcəklər.

Məlum olduğu kimi Banqladeş əhalisinin təxminən 90%-ni müsəlmanlar təşkil edir.

4203082

captcha