IQNA

İƏT, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünün rədd edilməsini təəssüflə qarşılayıb

6:16 - April 20, 2024
Xəbər sayı: 3495809
İQNA - İslam Əməkdaşlıq Təşkilatının bəyanatında deyilir: ABŞ-ın vetosuna görə Fələstinin BMT-yə tam üzvlüyünə dair qətnaməni Təhlükəsizlik Şurasının təsdiq etməməsindən dərin təəssüf hissi keçiririk.

"İQNA", "Fələstin Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü ilə bağlı Təhlükəsizlik Şurasında səsvermə aprelin 31-i cümə günü səhər saatlarında Nyu-Yorkda keçirilib və sionist rejimin əsas dəstəkçisi kimi ABŞ, bu qətnaməyə veto qoyub.

     Amerikanın vetosu; Beynəlxalq hüququn pozulması və fələstinlilərə qarşı soyqırımın təşviqi

Amerikanın Təhlükəsizlik Şurasında təcrid olunmasına səhnə olan bu səsvermədə yalnız Amerika əleyhinə səs verib, İngiltərə və İsveçrə isə bitərəf qalıb. Digər 12 üzv də lehinə səs verib.

4211212

captcha