İQNA - Malayziyada keçirilən beynəlxalq Quran yarışlarının kişi iştirakçıları bölməsinin qalibi bildirib ki, digər ölkələrin tanınmış qariləri ilə birgə olmaq və onlardan öyrənmək onun uğur yolunu formalaşdırıb.
İQNA – İraqdakı Milyonluq Ziyarət üzrə Ali Təhlükəsizlik Komitəsi Kərbəlaya səfər edən vətəndaşlara yalnız ictimai nəqliyyatdan istifadə etməyi, müqəddəs şəhərə şəxsi avtomobilləri ilə getməməyi tövsiyə edib.
İQNA – İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bazar ertəsi bildirib ki, İsrail tərəfindən Qəzzə zolağı və İordan çayının Qərb sahilinin birtərəfli ilhaqı İspaniya və Avropa İttifaqı tərəfindən rədd ediləcək.
İQNA – Tehranın Bələdiyyəsi Ərbəin qərargahının Qadınlar Komitəsi “Qəzzə üçün Analar” kampaniyası çərçivəsində İmam Hüseynin (ə) ziyarətinə gələn qadın zəvvarlardan imza toplayaraq dünya qadın və analarının Qəzzə analarına həmrəyliyini nümayiş etdirib.
İQNA – Almaniyada aparılan sorğular göstərib ki, əhalinin əksəriyyəti Fələstin dövlətinin tanınmasını və Berlinin sionist rejimə təzyiqlərin artırılmasını dəstəkləyir.
İQNA – İspaniyada “Xalq Partiyası” ilə sağçı “Voks” partiyası arasında İslam dini mərasimlərinin məhdudlaşdırılması barədə razılıqdan sonra müsəlmanlara qarşı nifrət çağırışları yaxından izlənəcək.
İQNA – Qum əyalətinin Ərbəin Qərargahının katibi Rza Şikarçi bildirib ki, Qumda hazırlanmış 146 əzadarlıq çadırından təxminən 80 faizi artıq sərhədi keçərək avadanlıqları ilə birlikdə İraqın ziyarət şəhərlərinə və Ərbəin ziyarət yoluna göndərilib.
İQNA – Misirin vəqflər naziri, azan səsinin məqamlarını bilən müəzzinlər yetişdirmək məqsədilə xüsusi müəzzin hazırlığı mərkəzinin yaradılacağını bildirib.
İQNA - İngiltərə mediası yazıb ki, Vaşinqton Livan hökumətinə Hizbullahın tam silahsızlaşdırılması üçün dörd mərhələli plan təqdim edib. Sənədə görə, plan İsrailin Livandakı hərbi hücumlarını dayandırmasını və cənubdakı beş mövqedən çıxmasını nəzərdə tutur.
İQNA – Malayziyanın paytaxtı Kuala Lumpurda Qurani-Kərimin rus dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib. Tədbirdə ölkənin baş naziri Anvar İbrahim iştirak edib.