IQNA

İngiltərə avtobuslarının üzərinə "SÜBHANƏLLAH" asılacaq

19:54 - May 09, 2016
Xəbər sayı: 3480432
Tehran, 09.05.2016 - İngiltərənin "İslamic Relief" xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə beş böyük şəhərində avtobusların üzərində "SÜBHANƏLLAH" yazıları asılacaq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "the independent" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərənin "İslamic Relief" xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə beş böyük şəhərində avtobusların üzərində "SÜBHANƏLLAH" yazıları asılacaq.

Qeyd olunan qəzetin yadığına görə, "İslamic Relief” adına İslami xeyriyyə cəmiyyəti müqəddəs İslam dini və müsəlmanların həqiqi və müsbət simasını tanıtdırmaq və həmçinin müsəlmanlar haqqında zehnlərdə yaranmış yanlış mənfi təsəvvürləri silmək üçün İngiltərənin beş böyük şəhərində avtobusların üzərində "SÜBHANƏLLAH” sözü yazılmış böyük plakartlar yapışdıracaq.

Bu plakartlar may ayının 23-dən müsəlmanların ən çox yaşadığı London, Birmingham, Bradford, Manchester və Leicester şəhərlərində 640 şəhərdaxili avtobusun üzərinə yapışdırılacaq.

Bu təşəbbüs "İslamic Relief” adına İslami xeyriyyə cəmiyyəti tərəfindən Suriya müharibəsi qurbanlarına yardım toplamaq məqsədi ilə həyata keçiriləcək kampaniyanın da bir hissəsi sayılır.

Xeyriyyə cəmiyyəti ümid edir ki, Ramazan ayı öncəsi bu plakartların avtobusların üzərində yapışdırılması insanları yardım etməyə və zəkatlarını verməyə daha da maraqlandıracaq.

Britaniyanın İslami Rifah Xidmətləri Təşkilatının rəisi İmran Maden bu barədə dedi: Başqa bir baxışda bu kampaniyanı "dəyiş kampaniyası" da adlandırmaq olar. Çünki bizim hədəfimiz cəmiyyətdəki İslam və müsəlmanlar əleyhinə yaranmış mənfi fəzanı dəyişməkdir.

http://www.iqna.ir/fa/news/3496238


captcha