IQNA

Səudiyyə Ərəbistanda zəvvarları daşıyan avtobus aşıb

11:12 - December 19, 2016
Xəbər sayı: 3481161
Səudiyyə Ərəbistanda Allah evini ziyarətə gedən zəvvarları daşıyan avtobus Ərəfatda “Cəbəlül-Rəhmə” bölgəsində aşıb, 36 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanda zəvvarları daşıyan avtobus aşıb

Beynəlxalq Quran xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, hadisə ötən gün baş verib. Yaralılardan bəzisinin vəziyyəti ağır olduğu üçün Məkkənin Nur xəstəxanasına yerləşdirilib.

Bir neçə yaralı isə ambulator müayinədən sonra evə buraxılıb.

Yaralanan zəvvarların hansı ölkədən olduğu bildirilməyib.

captcha