IQNA

WatsApp ilə Quran təlimi kursu keçiriləcək

14:57 - August 26, 2018
Xəbər sayı: 3483735
Pakistanda sosial şəbəkə üzərindən yay Qurani-Kərim təlimi kursları keçiriləcək. Bu kurslarda Qurani-Kərimin təcvid qaydalarına uyğun olaraq düzgün qiraət və tilavəti öyrədiləcəkdir.

WatsApp ilə Quran təlimi kursu keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanda sosial şəbəkə üzərindən yay Qurani-Kərim təlimi kursları keçiriləcək. Bu kurslarda Qurani-Kərimin təcvid qaydalarına uyğun olaraq düzgün qiraət və tilavəti öyrədiləcəkdir.

Pakistanda "WatsApp" sosial şəbəkəsi üzərində keçiriləcək bu Quran təlimi kursları Urdu dilində olacaqdır. Urdu dilini bilən hər kəs dünyanın hər yerindən bu Quran kurslarına qoşula bilər.

Pakistanın Quran və İtrət Dini Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən bu Quran təlimi kursları cari həftənin Cümə günü, Avqust ayının 25-də başlayıb və Sentyabr ayının 6-dək davam edəcəkdir.

Quran kurslarının əsas hədəfi müsəlmanlar arasında Quran təlimlərinin yayılması, Quran oxunuşun islahı və Qurani-Kərimlə daha çox ünsiyyət qurmaqdır.  

Bu virtual Quran təlimlərində iştirak etmək istəyənlər +923312413113 "WatsApp" nömrəsi ilə əlaqə saxlaya bilərlər.

http://iqna.ir/fa/news/3741342

 

captcha