IQNA

Dehli "Ayətullah Xamenei təfəkkürü və əsərləri" seminarına evsahibliyi edir

7:44 - February 03, 2019
Xəbər sayı: 3484628
Hindistanın paytaxtı Dehli şəhəri İran İslam İnqilabının 40-cı il dönümü münasibəti ilə keçirilən "Ayətullah Xamenei təfəkkürü və əsərləri" seminarına evsahibliyi edir.

Dehli İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın paytaxtı Dehli şəhəri İran İslam İnqilabının 40-cı il dönümü münasibəti ilə keçirilən "Ayətullah Xamenei təfəkkürü və əsərləri" seminarına evsahibliyi edir.

Hindistanın paytaxtı Dehli şəhərinin "Dəmdərd" universitetində keçirilən seminarda İran İslam Respublikasının və Hindistanın ictimai, dini və siyasi şəxsiyyətləri iştirak edirlər.

Bu iki günlük seminar dünən, həftənin şənbə günü, 2 Fevral 2019-cu il, "Ayətullah Xamenei; Vəhdət və müqavimət carçısı" devizi ilə başlayıb və bu gün (3 Fevral 2019) öz işini yekunlaşdıracaq.

Seminar Yeni Dehlinin Vilayət Fondu, Həmdərd universitetinin İslami Araşdırmalar Fakülətis və Hind Alimləri Məclisinin həmkarlığı ilə keçirilir.

İran İslam Respublikasının Fars Dili və Ədəbiyyatı Akademiyasının rəisi Qulaməli Hədda Adil bu seminarın xüsusi qonağıdır.

İran İslam Respublikasının ali məqamlı rəhbəri Ayətullah Xameneinin əsərləri və düşüncələrinin tanıtdırılması hədəfi ilə keçirilən seminar çərçivəsində onun əsərlərinin İngilis, Urdu və Hind dilində tərcümələrinin sərgisi də keçirilir.  

http://iqna.ir/fa/news/3786524  

Teqlər: iqna ، dehli ، xamenei ، İslam İnqilabı
captcha