IQNA

Yəməndəki uşaqlarla bağlı növbəti dəfə həyəcan təbili çalındı

12:02 - March 27, 2021
Xəbər sayı: 3489514
Uşaq haqları ilə bağlı fəaliyyət göstərən beynəlxalq təşkilat "Save The Children" Yəməndəki mövcud durum barəsində həyəcan təbili çalıb.

Uşaq haqları ilə bağlı fəaliyyət göstərən beynəlxalq təşkilat "Save The Children" Yəməndəki mövcud durum barəsində həyəcan təbili çalıb.

Təşkilatdan verilən açıqlamada vurğulanıb ki, Yəməndəki mövcud humanitar böhran ölkədəki uşaqların yaşayışını çox pis vəziyyətə salıb.  

"Əgər son addımlar atılmasa, faciənin baş verməsi qaçılmazdır. Biz yaxın zamanlarda Yəməndə uşaq ölümlərinin sayının qat-qat artacağını proqnozlaşdırırıq", - deyə təşkilat diqqətə çatdırıb.  

Qeyd olunub ki, bu gün humanitar böhran səbəbilə Yəməndə onlarla yoluxucu xəstəliklər yayılıb. 

 

Teqlər: yəmən ، uşaq haqları ، səna ، səudiyyə ، abş
captcha