IQNA

İraq hökuməti Ərbəin ziyarəti ilə bağlı qərarını açıqladı

0:17 - September 06, 2021
Xəbər sayı: 3490666
İraqın baş naziri Mustafa Əl-Kaziminin başçılığı ilə keçiriln İraq Milli Sağlamlıq və Ali Səhiyyə Komitəsinin iclasında cari ilin ƏRBƏİN ziyarətində xarici zəvvarlarla ağlı qərar qəbul edilib.

İraqın baş naziri Mustafa Əl-Kaziminin başçılığı ilə keçiriln İraq Milli Sağlamlıq və Ali Səhiyyə Komitəsinin iclasında cari ilin ƏRBƏİN ziyarətində xarici zəvvarlarla ağlı qərar qəbul edilib.

İclasda  İraqda koronavirusa yoluxma durumu, yoluxanların sayının artması və Ərbəin ziyarətinin təşkili məsələsi müzakirə olunub. 
 
İclasda cari ildə Ərbəin ziyarəti üçün İrandan 30 min nəfər, Ərəb ölkələri və digər ölkələrdən 10 min nəfərlik kvotanın ayrılması qərara alınıb. 
 
Belə ki, Ərbəin ziyarətinə zəvvarlar digər ölkələrdən İraq Beynəlxalq Hava Limanı vasitəsi ilə giriş edə biləcək.
Zəvvarların İraqa girməmişdən 72 saat öncə PCR testi verməsi zəruridir. /iqna
captcha