IQNA

Qırğızıstanlı İslam elmləri və təfsir ustadı vəfat edib

20:13 - March 07, 2022
Xəbər sayı: 3491874
Qırğızıstanda fiqh və hədis, təfsir və islam elmləri ustadı Molla Sabir Hacı 67 yaşında vəfat edib.

"İQNA", Qırğızıstandakı mədəniyyət müşavirliyinə istinadən xəbər verir ki, Molla Sabir Hacı kimi tanınan ustad Məhəmməd Sabir Dosbulov 1955-ci ildə Batken vilayətinin (Badkənd) Zərdəli kəndində anadan olub.

Məktəbdə oxuyarkən İslam dininin əsaslarını atasından öyrənib. O, orta məktəbi bitirdikdən sonra dinşünaslığa maraq göstərmiş və təhsilini bu sahədə davam etdirmişdir. O, 1971-ci ildə Molla Şəmsəddin Bəşirovun yanında dini təhsilə başlayıb. Daha sonra Tacikistanın Asfara şəhərinin Böyük Ustadı Molla Əbdüs-Səminin tələbəsi olub. Hədis, təfsir və digər İslam elmləri ilə yanaşı ərəb, fars və cağtay dillərini də öyrənib.

Həmçinin 1976-cı ildən Molla Əbdüs-Səttardan fiqh, əqidə və digər İslam elmlərini öyrənmişdir. 1979-1989-cu illərdə müstəqil olaraq uşaqlara dərs demişdir. 1989-cu ildən Buxarada Mir Ərəb məktəbində dərs deyir.

1993-1995-ci illərdə Bişkekə gəlib Akuşa məktəbini təsis edib. Həmin il Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasında gənc elmi işçi kimi fəaliyyət göstərib.

Molla Sabir həm də 1996-1997-ci illərdə Qırğızıstan Müsəlmanları Dini İdarəsinin (müfti) Üləmalar Şurasının üzvü olub. 1997-1998-ci illərdə Müfti müavini, 1997-2000-ci illərdə "Nur-e-İslam" jurnalının redaktoru və naşiri olub. 1998-2001-ci illərdə Müftiliyin fətva şöbəsinin müdiri olub. 2001-ci ildə o, Rəsuli-Əkrəm (s) İslam Universitetini təsis edib və 2016-cı ilə qədər onun müdiri olub.

2017-ci ildə bu qırğızıstanlı alim Qırğızıstan Müsəlman Alimlərinin Altıncı Şurasının üzvü olub. O, ömrünün sonuna kimi Qırğızıstan Müsəlman Alimləri Şurasının üzvü və təsis etdiyi Rəsuli-Əkrəm İslam Universitetinin məsləhət qrupunun üzvü olub.

O, Qırğız dilində 10 kitabın müəllifidir. Fars dilindən ("Məcmuətit-təvarix" və "Loğman Həkimin oğluna yüz nəsihəti") adlı iki kitabı tərcümə edib. O, cağtay dilindən dörd və ərəbcədən bir kitabın tərcüməçisidir.

4041093

captcha