"İQNA", xəbər verir ki, Bu mərasim aprelin 17-də şənbə günü, Ramazan ayının 14-də və İmam Həsən Müctəbanın (ə) mövludu gecəsi keçiriləcək. Mərasim saat 18:30-da başlanacaqdır.
Bu mərasimdə Qurani-Kərimin 14-cü cüzü tilavət ediləcək. Alman dilində şeir və məqalə oxunacaq. Həmçinin Kərbəlayi Milad Mudabernia surud oxuyacaq.
Avropa İslami Tələbə Dərnəkləri Birliyinin elanına əsasən, tədbirin keçiriləcəyi yer Bavariya İslam Birliyi olacaq. İslami proqramlarla maraqlanan iranlı gənclər və tələbələr burada iştirak edəcəklər.