IQNA

İmam Xomeyninin (rəh) ardıcılları 33 illik ayrılıq matəmindədirlər

12:12 - June 04, 2022
Xəbər sayı: 3492344
İmam Xomeyninin (rəh) vəfatının otuz üçüncü ildönümü bu gün, iyunun 4-də İslam İnqilabının böyük banisinin pak hərəmində İranın on minlərlə mömin və sadiq xalqının hüzurunda keçirilib.

İQNA-nın müxbirinin verdiyi məlumata görə, İmam Xomeyninin (rəh) aşiqləri iki illik intizardan sonra yenidən İslam İnqilabının böyük memarının müqəddəs hərəminə toplaşıblar. İslam Cümhuriyyətinin banisinin vəfatının otuz üçüncü ildönümündə əzadarlıq ediblər. Onlar həmçinin mərhum inqilab rəhbərinin nur dolu məktəbi və inqilabı ilə yeni əhd bağladılar.

Bu gün bütün İran İslam və müsəlman ümmətinin dəstəyi ilə haqq və ilahi hökmün hakimyyət etməsi üçün  zülm vasitələrini və zalımların hakimiyyətinə bu ölkədə son qoyan İmama əzadarlıq edir. Korona virusunun yenidən yayılacağı ilə bağlı narahatlıqların olması ilə belə, müxtəlif təbəqələrdən olan bir qrup insan və tələbələr İslam İnqilabının böyük banisinin hərəminə piyada gediblər.

4061861

captcha