IQNA

Quranın elmi mərcəiyyətinin həyata keçməsinin nəticəsi

8:18 - July 22, 2022
Xəbər sayı: 3492593
Quranın ictimai və ümumi səhnədə olması o zaman reallaşır ki, Quran bəşər sivilizasiyasının ən mərkəz nöqtəsinə yerləşdirilsin. Müasir dövrdə sivilizasiyanın və mədəniyyətin əsas nöqtəsi yeni biliklərdir.

"İQNA", xəbər verir ki, Quranın elmi nüfuzuna və mərcəiyyətinə dair ilk milli konfransın rəhbəri Höccətül-islam və əl-müslimin Məhəmməd Təqi Sübhani Quranın elmi nüfuzunun və mrəcəiyyətinin mənasını bəyan edib. Onun bir hissəsini aşağıda oxuya bilərsiniz:

Qurani-Kərimin elmi mərcəiyyətinin izahı o deməkdir ki, Qurani-Kərim müasir insanın ən mühüm və diqqət mərkəzində olan məsələlərdən birində, yəni elmi araşdırmalar sahəsində ciddi yer tutmalıdır. Quranın ictimai və həyat arenasında olmasından dəfələrlə danışmışıq. Amma indiyə qədər Quranın həyat sahəsinə girməsinin həllini təqdim etməyə çox az çalışmışıq.

Savadlı akademiklər inanır ki, biz Quranın səhnədə varlığını ancaq onun bəşər sivilizasiyasının ən mərkəz nöqtəsinə yerləşdiyi halda müşahidə edə bilərik. Müasir dövrdə sivilizasiyanın və mədəniyyətin əsas nöqtəsi insanın taleyini müəyyən edən, onun üçün plan və proqramlar verən və onun həyat tərzini təyin edən biliklərdir.

Quranın elmi mərcəiyyətindən danışmaq böyük bir iddiadır. Bu proqram öz iddiasını layiqincə yerinə yetirə bilsə, sivilizasiya sahəsində nəhəng dəyişiklik yarada biləcək.

Liberalizm diskursu bütün elmi və praktik sahələri doldurub. Biz inanırıq ki, Qurana əsaslanan yeni bir danışıq planı ilə müasirliyin materialist düşüncəsinə qarşı alternativ diskurs qura bilərik.

Həyata keçirilə biləcək digər bir məqsəd də Qurani-Kərimə əsaslanan bilik yaradılması və bilik yaradıcılığı sahəsinə diqqət yetirməkdir.

Başqa sözlə desək, Qurani-kərimin mərcəiyyəti barədəki mütaliələr ilə digər Quran araşdırmaları arasındakı fərqlərdən biri də budur ki, birincisi, əsas elmi tədqiqatlardır. Ona Quran nəzərindən baxmaq lazımdır. İkincisi, Quranı anlamaq üçün dəqiq metodologiyaya əsaslanan tamamilə metodik bir araşdırmadır.

Quran tədqiqatlarını daha metodik etməyə çalışmaq

Bir çox hallarda Quran araşdırmaları dəqiq elmi metod olmadan aparılır. Universitetlərdə akademik statusunu qoruyub saxlamayıb. Quranı sivilizasiya sahəsində sistemli və praktik biliyə çevirmək üçün Quran araşdırmalarında yeni yanaşma yaradmaq lazımdır.

Bir neçə qrup mərcəiyyət tədqiqatının müzakirəsinə daxil ola bilər: Birincisi, Quran bəhslərində mütəxəssis olan qrupdur. İkinci qrup, bəşəri və İslam elmləri sahələrində elmi təcrübəyə malik olanlardır. Üçüncü qrup isə elm fəlsəfəsi və elmin metodologiyası ilə məşğul olan və illərdir bu haqda düşünənlərdir. Bu konfransın dördüncü auditoriyası sivilizasiya mütaliələri sahəsinə daxil olmuş şəxslərdir.

4071934

captcha