“İQNA”, Türkiyə xəbər agentliyinə istinadən xəbər verir ki, Cümə günü, iyulun 29-da Türkiyə Diyanət Təşkilatının rəhbəri gənclərin Qurani-Kərimi öyrənməsi və əzbərləməsi üçün “Ömər ibn Xəttab” adlı gecə-gündüz məktəbi açıb.
Bu məktəb 5 mərtəbli bir binadaır. Xidmət və təhsil obyektləri olan və Türkiyənin cənub-şərqindəki Şirnak vilayətinin Silopi rayonunda yerləşir.
Açılış mərasimində Türkiyə Diyanət İşləri Təşkilatının rəhbəri Əli Ərbaş çıxış edərək deyib: “Quran tədrisi və hifzi mərkəzlərinin açılması ən faydalı bayramlardan biridir. Ən yaxşı iş Quranı öyrənmək və öyrətməkdir.
O, bildirib ki, nə qədər ki, biz Allahın kitabına əməl edib, onun yolunda addımlayıb, Rəsulullahın (s) sünnəsinə əməl edib, gənclərimizi və övladlarımızı bu yolda böyütsək, xalq və cəmiyyət olaraq sülh, səadət və birliyimiz daimi olacaq.
4074498