"İQNA", "Əl-Mədinə"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında Kral Əbdüləziz Qurani-Kərimin hifz, qiraət və təfsir sahələri üzrə 42-ci beynəlxalq müsabiqəsi başlayacaq.
Səudiyyə Ərəbistanı İslam İşləri, Dəvət və İrşad Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu yarışma hicri 1444-cü ilin 25 Səfərində, üç gün səhər və axşam saat 14:00-dan etibarən Məkkədə Məscidül-həramda başlayacaq.
Bu yarışların İlkin mərhələsinin keçirilməsində məqsəd iştirakçıları həvəsləndirmək, qiraətlərini gücləndirmək və final yarışlarında iştirak etmək hüququ qazanmalarıdır.
4084608