IQNA

16 millətdən Ərbəin zəvvarlarının iştirakı ilə Quran yazılıb

20:37 - November 06, 2022
Xəbər sayı: 3493213
Həzrət Abbasın (ə) Hərəminin Qurani-Kərim Elmi Mərkəzi Kərbəlada Ərbəin zəvvarlarının əl yazısı ilə yazılmış Qurani-Kərimin yazılmasında 16 müxtəlif millətdən 1750 kişi və qadın zəvvarın iştirak etdiyini açıqlayıb.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Həzrət Əlinin (ə) Hərəminin Quran Elmi Mərkəzi tərəfindən Ərbəin zəvvarlarının əlləri ilə yazılmış olan Quranın son nüsxəsi bu hərəmin rəhbəri Seyyid Əhməd Əl-Safiyə hədiyyə edilib.

Həzrət Abbasın (ə) Hərəminin Qurani-Kərim Elmi Mərkəzinin rəhbəri Müştaq Əl-Əli deyib: "Cəmiyyətin müxtəlif qrupları arasında Quran mədəniyyətini gücləndirmək məqsədi ilə və Qurani-Kərimin Elmi Mərkəzinin strateji baxışına uyğun olaraq, bu mərkəz Quranı Ərbəin zəvvarlarının əl yazısı ilə yazmağa çalışıb".

O, bildirib ki, bu addım Kərbəlaya gələn zəvvarların mənəvi, mədəni və mərifət fəaliyyətini çeşidləndirmək məqsədi ilə həyata keçirilib.

Həzrət Əlinin (ə) Quran Çap Mərkəzinin direktoru Şeyx Ziyauddin Zubeydi də deyib: "Bu Quran "Ərbəin zəvvarlarının Barmaqları ilə yazılmış Müshəf" adlanır".

O, qeyd edib ki, Ərbəin zəvvarlarının əl yazısı ilə yazılmış Qurani-Kərimin yazılmasında 16 müxtəlif millətdən 1750 kişi və qadın zəvvar iştirak edib. Bu Quranın yazılmasında iştirak edən zəvvarların adları qeydə alınıb.

4097126

 

captcha