IQNA

İraqlı tədqiqatçı: "İmam Xomeyni (r.ə) regionda həqiqi İslamın əsasını qoydu"

23:59 - February 11, 2023
Xəbər sayı: 3493688
İraqdan olan İslam tədqiqatçısı Şeyx Əqil Əl-Kazimi İranda İslam İnqilabının qələbəsinin təkcə iranlılar üçün olmadığına işarə edərək dedi: "İmam Xomeyni (r.ə) bütün regionda həqiqi İslamı bərqərar etdi".

"İQNA", xəbər verir ki, Şeyx Əl-Kazimi "Əl-Aləm" xəbər kanalına verdiyi müsahibədə deyib: "Bu qələbə və bu hadisə bütün müsəlman xalqları ilə əlaqəsi var. Həmçinin bütün müsəlmanlar üçündür.

O əlavə edib: "İslam inqilabı İran xalqına xas deyil. İranda əvvəlki bütün siyasi problemlərin həlli və dünyadakı bütün məzlumlar üçün yeni bir qələbədir. İslam inqilabı bütün dünyada haqqın batilə qarşı qiyamıdır".

Bu İslam tədqiqatçısı əlavə edib: "Bu gün 44 ildən sonra bu inqilabın təsirlərini bütün İslam dünyasında görmək olar. Bu gün bu mübarək inqilabın bərəkətlərinə İraq, Fars körfəzi boyunca yerləşən ərəb ölkələri, Livan, Suriya, Fələstin, Yəmən və hətta İslam dünyasının hüdudlarından kənarda yerləşən ölkələrdə də rast gəlmək olar.

O bildirib: "İmam Xameneinin Allahın bizə hədiyyəsi kimi qeyd etdiyi İmam Xomeyninin tərcümeyi-halını oxuyanda Həzrət Peyğəmbərin (s) həyatı yadıma düşür ki, dəyişikliklə İslamın qələbəsini qeyd etdi, Mədinə hökumətini qurdu və 10 il orada qaldı. Onun kimi İmam Xomeyni (r.ə) də İslam İnqilabının qələbəsindən sonra İran İslam Cümhuriyyətini qurdu və 10 il qaldı.

O, sonra dedi: "Peyğəmbər (s) Mədinə məscidini tikdirdi və orada camaat namazı qıldı. İmam Xomeyni (r.ə) də bütün regionda həqiqi İslamı qurdu. Həmçinin təhlükəsizlik və müqaviməti genişləndirdi və zülmə qarşı durdu. Bütün bunlar İmam Xomeyninin (r.ə) qiyamının bəhrələri idi.

4121364

 

captcha