IQNA

Müharibə böhranından sonra Suriyada Quran fəaliyyətlərində əhəmiyyətli artım olub

19:43 - February 25, 2023
Xəbər sayı: 3493755
Əbdür-Rəhman Hərdan son illərdə Suriyada Qurani-Kərim fəaliyyətlərinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayaraq dedi: "Suriya xüsusilə müharibə böhranından sonra Qurani-Kərimin tədrisində misli görünməmiş bir hərəkətə şahid oldu".

İranın 39-cu Beynəlxalq Qurani-Kərim yarışmasının hifz bölməsində iştirak edən gənc qiraətçi və hafiz Əbdülrəhman Hərdan "İQNA"-ya verdiyi müsahibədə Quranı öyrənməsi haqqında deyib: "Uşaqlıqdan 6 və 7 yaşlarımda Quran öyrənmişəm. 13 yaşında Quranı qiraət etməyə və əzbərləməyə başladım və 15 ildə Quranı əzbərlədim".

O, bildirib ki,  Quranı oxumağı və əzbərləməyi bir müəllim vasitəsilə öyrəndim və bu çox mühümdür. Quranı öyrənmək istəyən şəxs bu mövzuda yaxşı bir müəllimdən kömək istəməlidir. Bu isə insanın Quranı düzgün şəkildə öyrənməsinə səbəb olur.

Bu suriyalı qari Suriyada Quranın əzbərlənməsi üsulu kontekstində belə demişdir: "Bizdə Quranı köhnə üsulla əzbərləyirlər; Quranın tədrisi və əzbərlənməsi Quran dərnəkləri vasitəsilə həyata keçirilir. Məscidlərdə yaradılan dərnəklərin hər birində görkəmli hafizlərdən olan və Quranı əzbərləmək icazəsi olan bir müəllim var. Bu dərnəklərdə Quran tədrisi qruplar və fərdi qaydada aparılır. Quran öyrənənlər qruplar şəklində oxuyur, müqayisə edir və bir-biri ilə müzakirə edirlər".

O, qeyd edib ki, Suriyada baş verən bütün hadisələrə, Suriyanın iştirak etdiyi böyük böhran və vətəndaş müharibəsinə baxmayaraq, bu ölkədə Qurani-Kərim fəaliyyətləri pik həddə çatıb. Allahın lütfü ilə Suriya bu müddət ərzində misli görünməmiş və böyük bir Quran hərəkatının şahidi olub. Ölkəmiz heç vaxt belə bir vəziyyətlə üzləşməyib.

4123851

captcha