IQNA

Milyonlarla yəmənli tələbə Quran kurslarını rəğbətlə qarşılayıb

5:46 - April 30, 2023
Xəbər sayı: 3494096
Bu ölkənin 9100-ə yaxın məktəb və Quran təhsili mərkəzlərində hazırlanan Quran kurslarından bir milyon beş yüz min yəmənli oğlan və qız tələbələr faydalanacaq.

"İQNA", "26 September net"-ə istinadən xəbər verir ki, Qurani-Kərimin təlimlərini və Quran elmlərini öyrətmək, gənc nəsil arasında dini mədəniyyəti və kimliyi təbliğ etmək məqsədi ilə Quran mərkəzləri və məktəblər yaradılıb.

Bu tədbirlər Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdül-Məlik Bədrəddin Husinin gəncləri cəlb etmək məqsədi ilə Quran tədrisi və mədəni fəaliyyətlərin genişləndirilməsinə verdiyi güclü vurğuya uyğun olaraq həyata keçirilir. Onun sözlərinə görə, bu tədbirlər gənclərin dini və milli kimliyinin möhkəmlənməsinə gətirib çıxarır.

Gənclər nazirinin müavini və Yay Fəaliyyətləri və Kurslarının Texniki Komitəsinin rəhbəri Abdullah Əl-Razihi də vurğuladı: "Yeni ildə yay kurslarına qeydiyyatdan keçən tələbə və könüllülərin sayının bir milyon beş yüz min nəfərə çatacağı gözlənilir".

Bu şagirdlər 9100 məktəb və mərkəzdə təhsil alırlar və bu mərkəzlərdə 20 min müəllim könüllülərə Qurani-Kərim öyrədəcək.

Keçən il yay kursları və Quran təlimi məktəblərində 733 mindən çox oğlan və qız könüllü qəbul edilmişdi. Bu məktəb və kurslarda aparılan Qurani Kərim fəaliyyətləri bu tələbələr və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

4137221

captcha