IQNA

Misirli uşağın Quranı əzbərləməkdəki istedadı

16:45 - May 03, 2023
Xəbər sayı: 3494112
Əl-Əzhərin Qurani-Kərim Məsələləri Şöbəsi 5 yaşlı misirli uşağın Qurani-Kərimi əzbərləməkdəki heyrətamiz istedadını əks etdirən video yayımlayıb.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Əl-Əzhərin Quran Məsələləri üzrə Baş İdarəsinin rəisi Şeyx Əbül-Yəzid Səlamə 5 yaşlı misirli uşağın heyrətamiz istedadının videosunu dərc edib.

 Bu video Qurani-Kərimi bütünlüklə əzbər bilən 5 yaşlı Abdullah Məhəmməd Əbdül-Fəttah Əl-Seyyidin videosudur.

Quranın təftiş komissiyasının müavini və Misirdə keçirilən Quran yarışlarının nəzarətçisi Şeyx Həsən Əbdün-Nəbi İraqi bu istedadlı uşağa bəzi suallar verdi və o, tam cavab verdi.

kod

4137944

 

captcha