Misirli futbolçu Salah X sosial media hesabında Milad mesajında Qəzzadakı hücumları xatırladıb.
Milad bayramının ailələrin bir araya gələrək bayramlaşdığı bir vaxt olduğunu qeyd edən Salah, "Qərbi Asiyada davam edən amansız müharibə, xüsusilə Qəzzada ölüm və dağıntılar başda olmaqla, bu il Milad bayramına böyük bir kədərlə giririk" mesajını paylaşıb.
Qəzzada yaxınlarını itirən insanların dərdinə şərik olduğunu vurğulayan Salah qeyd edib ki, "Xahiş edirəm, onları unutmayın və ağrılarına alışmayın. Milad bayramınız mübarək."
Xatırladaq ki, katoliklərin Milad bayramı dekabrın 25-də qeyd olunur.