IQNA

Qəzzada Deyr-Belah məscidində qana bulanmış Quranlar toplanır

12:17 - February 09, 2024
Xəbər sayı: 3495439
İQNA – Sionist rejimin Qəzzanın Deyr-Belah bölgəsinə hücumundan sonra yerli sakinlər məscidin xarabalıqları altından qana bulanmış Quran səhifələrini toplayıblar.

"İQNA", "Vəfa" xəbər agentliyinə istinadən bildirir ki, Deyr-Belaha hücumlardan sonra sökülən məscidin dağıntılarını götürən insanların görüntülərini dərc edib. Görüntülərdə cırılmış Quranlar və qana bulanmış dua kitabları da əks olunub.

İşğalçı rejimin ötən bazar günü həyata keçirdiyi hücumda çox sayda insan həyatını itirib, çox sayda insan yaralanıb.

Fələstin Muxtar Təşkilatının İnformasiya Bürosu, döyüş təyyarələrinin mülki əhalinin evlərinə birbaşa hücumu nəticəsində itkilərin sayının artdığını açıqlayıb.

Bundan əlavə, bu ofis Qəzzada Fələstin xalqının kütləvi qətlini dayandırmaq və mülki şəxslərə, uşaqlara və qadınlara qarşı hücumları dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

4198403

captcha