IQNA

Britaniyada Quran müsabiqəsi keçirilir

11:59 - March 08, 2024
Xəbər sayı: 3495587
İQNA - İngiltərə İslam Mərkəzinə bağlı Tibyan məktəbi martın 9-u şənbə günü uşaqlar və gənclər üçün Quran yarışmasının son mərhələsini təşkil edəcək.

"İQNA"-nın İngiltərədən verdiyi xəbərə görə, 5-15 yaş arası yarışçılar üçün 2 seçmə və bir final yarışması keçiriləcək.

  İştirakçılar qiraət və əzbərləmə sahələrində yarışacaqlar.

Fevralın 17-18-də İngiltərə İslam Mərkəzində müsabiqənin birinci mərhələsi keçirilib.

59 uşaq və gəncin mübarizə apardığı ilk seçimdən sonra martın 19-da yarışın finalı keçiriləcək.

  Bundan əlavə, İngiltərə İslam Mərkəzinə bağlı Tibyan Məktəbi qaliblərə pul mükafatları və müxtəlif hədiyyələr paylayacaq.

4203829

captcha