IQNA

İsrail sosial şəbəkələrdə Quran ayələrindən istifadənin cinayət olduğunu bildirib

6:39 - April 20, 2024
Xəbər sayı: 3495811
İQNA – Bir sionist qəzeti bu rejimin məsul şəxslərinin sosial şəbəkələrdə şəhid kəlməsi və Quran ayələrinin işlədilməsini cinayət elan etdiklərini göstərən sənəd dərc edib.

"İQNA", "Ərəb Post" saytına istinadən xəbər verir ki, sionist "Yediot Aharonot" qəzeti məxfi sənəd dərc edərək, bu rejimin ərəb vətəndaşlarının sosial şəbəkələrdəki paylaşımlarında şəhid kəlməsi və ya Quran ayələrini işlətdikləri təqdirdə cəzalandırılacaqlarını bildirib.

Bu qəzet, rejim prokurorluğunun ərəb vətəndaşlarının sosial hesablarında şəhid sözü, Quran ayələri və ya dualardan ibarət paylaşımlar dərc etməsi halında araşdırma başlamaq üçün sənəd hazırladığını bildirib.

Qəzet onu da açıqlayıb ki, sənəd Knessetdə Konstitusiya Komitəsinin müxtəlif iclaslarında aparılan gizli danışıqlar zamanı yaradılıb.

Bu komitənin sədri və Dini Sionizm partiyasından olan Simha Rotman iddia edib ki, Qəzzə müharibəsi başlayandan bəri prokurorluq, öz fikrincə, təxribata səbəb olan şəxsləri izləyir.

Simha Rotman təhdid edib ki, Konstitusiya Komitəsi öz göstərişinə əsasən, bu cür sözlərdən istifadə edənlərin cinayət törətdiyini müəyyən edəcək.

Rotmanın iddiasından sonra sionist rejimin prokurorunun müavini Alon Altman bu məsələ ilə bağlı prokurorluq və polis arasında tam razılığın olduğunu açıqlayıb.

İttiham tərəfinin sənədinə əsasən, terror aktı törədildiyi zaman və ya ondan sonra öldürülən şəxsi təsvir etmək üçün şəhid sözünün işlədilməsi terror aktını dəstəkləmək, tərifləmək və bəyənmək kimi qiymətləndirilə bilər.

Bu sənəddə o da qeyd olunur ki, şəhid olması müəyyən edilən şəxsin ölümünün və ya öldürülməsinin şərtləri aydın deyilsə və onun “terror aktı”nda iştirakına dair aydın sübut yoxdursa, heç bir araşdırma aparılmayacaq.

Hər bir halda dua faylı, şərtləri və duanın məzmunu ilə bağlı paylaşılma vaxtına uyğun olaraq araşdırılır. Sənəddə həmçinin bildirilir ki, müəyyən hadisələr və ya terror aktları ilə bağlı olduğu aşkarlanan Allaha dualar araşdırmaya səbəb olacaq.

4210955

captcha