IQNA

Fransa müsəlmanları arasında dini ayrı-seçkilikdən narazılıq artır

7:09 - April 22, 2024
Xəbər sayı: 3495822
İQNA - Fransanın "Le Monde" qəzeti Fransa müsəlmanlarının Yaxın Şərqdəki hadisələrin təsiri altında onlara qarşı artan bədbinlikdən narahat olduğunu vurğulayır.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Fransa müsəlmanları və ərəblərinin vəziyyətindən bəhs edən "Le Monde" qəzeti, bir-birlərini tanımasalar da, qorxu, acizlik, qəzəb və kədər kimi duyğuların hər bir qrupun qarşılaşdığı hisslər olduğunu yazıb.

Xəbərdə bildirilir ki, sual olunan şəxslər mövcud vəziyyəti tənqid etsələr də, onlara qarşı sərt davranılacaqlarından narahat olduqları üçün adlarının xəbərlərdə keçməsindən qorxurlar.

Müsahiblər Əl-Əqsa Tufanı əməliyyatından sonra Fələstində baş verənləri Fransa cəmiyyətində onlara inamsızlıqda yeni dönüş nöqtəsi kimi qiymətləndirirlər.

 Le Monde” qəzetinə müsahibə verən müsəlmanlar, özlərinə qarşı siyasi baxışları və mediada yazılanları, yaradılan boğucu atmosferi pisləyir, qarşılaşdıqları maneələrin qurbanı olduqlarını vurğulayırlar.

Xəbərdə bir çox ərəbin əcdadlarının ərəb olmasına və hətta ərəb dilini belə bilməməsinə baxmayaraq, qarşılaşdıqları ayrı-seçkiliyə görə Fransanı tərk etməyi ciddi şəkildə düşündüyü də bildirilir.

Bundan əlavə, qəzet 2001-ci il 11 sentyabr hadisələrindən sonra qərblilərin müsəlmanlara baxışının ümumilikdə dəyişdiyini bildirir.

4211220

captcha