IQNA

Misir Quran Radiosunun yaranmasının 60 illiyi qeyd edilib

9:53 - April 25, 2024
Xəbər sayı: 3495835
İQNA – Misir Quran Radiosunun 60-cı ildönümü münasibətilə Qahirədə keçirilən mərasimdə radionun Vəhy kəlamına və İslam təlimlərinə altmış illik xidməti yüksək qiymətləndirilib.

"İQNA", "Bəvabətul-Əhram" saytına istinadən xəbər verir ki, Misir İslam Universitetləri Birliyi Qahirə Universitetinin Media fakültəsi ilə əməkdaşlıq çərçivəsində “Quran radiosu: Allahın kitabına 60 illik xidmət” adlı bayram tədbiri təşkil edib.

Bu bayram Misirin ən qədim Quran radiostansiyalarından biri olduğu, dini təlimlər haqqında ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynadığı və populyarlığı ilə bütün dünyada milyonlarla müsəlmanın evinə çatdığı üçün keçirildi.

Misir Quran radiosu 1935-ci il martın 25-də fəaliyyətə başlayıb. Bu radionun yaranmasının bir çox səbəbi var idi, 60-cı illərdə gözəl bir Quran nəşr olundu, lakin çoxlu səhvləri var idi. Buna görə də Əl-Əzhər alimləri və Misir Vəqfləri bu yanlışlarla mübarizə aparmağa qərar verdilər. Bu radionun yaradılması Camal Əbdul Nasirin islamçılara jesti idi.

Bu Quran Radiosu Qurani-Kərim stansiyası adı altında 14 saat qısa və orta iki dalğada yayımlanırdı. O zaman Misirin Qurani-Kərim radiosu Vəhy Kəlamını əzbərləmək üçün ən böyük vasitəyə çevrildi.

Radioda Həfs rəvayəti ilə qiraətlər yayımlanırdı. İlk proqram Misirin Şeyxul-Qurrasının səsi Mahmud Xəlil Əl Husarinin yayımı ilə baş tutub. Həmin il radio Şeyx Mustafa İsmayıl, Şeyx Məhəmməd Siddiq Əl-Minşavi, Şeyx Əbdül-Basit Əbdüs-Səmədin və daha sonra Şeyx Mahmud Əli Əl-Bənnanın səsləri ilə Quran tilavətini zaps etməyə başladı.

4212052

captcha