İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərə Parlameninin Lordlar Palatasının üzvü Barones Saida Varsi İngiltərə mətbuatını tənqid edib.
O, mətbuatda müsəlmanlar əleyhinə yazılan xəbərlərin cəmiyyəti zəhərlədiyini deyib. O, son zamanlar müsəlmanlara qarşı nifrət zəminində cinayətlərin artdığını vurğulayıb: "Vəziyyət 2011-ci ildən daha pisdir. Artıq hər gün İslamafobiya nümunələrini mətbuatda görə bilərik. Bu səbəbdən İngiltərədə müsəlmanlar həyatlarını qorxu içində keçirirlər".