IQNA

Rusiya İŞİD mövqelərini vurdu

12:28 - May 16, 2018
Xəbər sayı: 3483180
Suriya hərbi hava qüvvələri İŞİD-in Dəməşq ətrafında Həcərul-Əsvəd, Yərmuk və ət-Təqəddum rayonlarındakı mövqe, düşərgə və sığınacaqlarını vurublar.

Rusiya İŞİD mövqelərini vurduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) vediyi xəbərə görə, bu gün səhər, 16 May 2018-ci il, Rusiyanın hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarlər İŞİD-in Suriyadakı mövqelərinə raket zərbəsi endirib.

Suriya hərbi hava qüvvələri İŞİD-in Dəməşq ətrafında Həcərul-Əsvəd, Yərmuk və ət-Təqəddum rayonlarındakı mövqe, düşərgə və sığınacaqlarını vurublar.

Hava hücumlarının ardınca Suriyanın piyada qoşunlarının 42 bölüyü və 4-cü motoatıcı alayı Dəməşqin cənubunda İŞİD mövqelərinə hücum ediblər.

Qeyd edək ki, ən-Nüsrə terrorist qruplaşmasının Suriya dövləti ilə razılaşması əsasında Yərmuk düşərgəsi və ətraf rayonlardan geri çəkilməsindən sonra bəzi İŞİD ünsürləri Yərmukun bir sıra düşərgələrində pərakəndə şəkildə qalıblar.

Rəsmi Dəməşq elan edib ki, bu razılaşma İŞİD terroristlərinə aid deyil və buna görə də son günlərdə sözügedən əraziləri terroristlərdən təmizləməyə başlayıb.   

http://iqna.ir/fa/news/3715003

Teqlər: iqna ، rusiya ، suriya ، yərmuk ، dəməşq
captcha