İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriya silahlı qüvvələri Süveyda əyalətini kamil şəkildə terroristlərin işğalından azad etdilər.
Bu barədə BMT-nin Suriyadakı İnsan Hüquqları Gözətçisi Təşkilatı xəbər yayıb.
Məlumatda deyilir ki, Suriya silahlı qüvvələri İŞİD ünsürləri ilə kəskin savaşdan sonra Süveyda əyalətinin şərqi və şimal-şərq səhralarının kontrolunu tamamilə ələ keçiriblər.
Bu məlumata əsasən, Suriya silahlı qüvvələri Süveydanı İŞİD terrorçularından azad etmək üçün on gün döyüşüblər. Süveydanın azad edilməsində Suriyanın hərbi hava qüvvələri İŞİD mövqelərini ardıcıl şəkildə bombardman etməklə əsas rolu oynayıblar.