İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sinqapurda beynəlxalq şəxsiyyətlərin iştirakı ilə keçirilən mərasimdə yeniyetmər Quran hafizlərinin fəaliyyətləri dəyərləndirildi.
Sinqapurun "Cəmiyyətu Dəvətil-İslami" (جمعیت الدعوة الاسلامی) təşkilatının təşəbbüsü ilə keçirilən mərasimdə dünyanın müxətlif ölkələrinin nüfuzlu şəxsləri, o cümlədən Özbəkistan, Oman və Ərəb ölkələrinin səfirləri və konsulları iştirak ediblər.
Kəfər-əş-Şeyx universitetinin rəisi Macid Qəmərinin iştirakı ilə keçirilən mərasimdə yeniyetmə Quran hafizlərinə hədiyyələr verilib.
Qeyd edək ki, 710 min kv.kilometr sahəsi olan Sinqapur Şərqi Asiyanın cənubunda yerləşir. 5.3 milyon nəfər cəmiyyəti vardır. Qeyri-rəsmi statiskiya əsasən, bu ölkənin cəmiyyətinin 15 faizini müsəlmanlar təşkil edir.