İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu xəbər və informasiya agentliyi azəridilli oxucuları üçün Azərbaycan türkcəsində səhifə yaradaraq beynəlxalq Quran xəbərlərini bu səhifədə yaymağa başladı.
Bundan sonra dünyanın hər yerində Azərbaycan dilini bilən hər kəs İQNA-nın Azərbaycan türkcəsində olan "instaqram" səhifəsinə müraciət edərək İslam dünyasında baş verənlərdən, həmçinin ən son dini hadisələrdən və Quranla bağlı elmi və mədəni xəbərlər barədə məlumat əldə edə biləcəklər.
Bu səhifəni sosial şəbəkədə izlmək istəyənlər instagram.com/iqna.ir_azeri adresini taparaq səhifəyə üzv ola bilərlər.
Qeyd edək ki, Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslam dünyasında baş verənləri
və Quran sahəsində olan xəbərləri vaxtında və dəqiq çatdıran ixtisaslaşdırılmış
xəbər agentliyidir.
İQNA informasiya portalı İslam dünyası və Quran maarifi sahəsidnə dünyanın 17 canlı dilində fəaliyyət göstərir ki, bu dillərdən biri də Azərbaycan türkcəsidir.