IQNA

Kalifroniyada "islamofobiya" zəminində cinayətlər çoxalıb

12:58 - August 10, 2018
Xəbər sayı: 3483630
Donald Tramp müsəlman miqrant və mühacirlərin bu ölkəyə giriş qadağası ilə bağlı qalmaqallı fərmanından sonra müsəlman mühacirlərin hüquqlarının pozulması ilə bağlı şikayətlər çoxalıb.

Kalifroniyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın İslami Əlaqələr Şurasının Kaliforniya əyalətindəki şöbəsi 2017-ci ilin hesabatında bu əyalətdə müsəlmanlara qarşı "islamofobiya" zəminində baş verən cinayətlərin 82 faiz çoxaldığını xəbər verib.

Amerikanın İslami Əlaqələr Şurasının Kaliforniya əyalətindəki şöbəsi yaydığı hesabatda göstərilir ki, Amerika prezidenti Donald Tramp hakimiyyətinin ilk ilində müsəlmanlara qarşı nifrət və qəzəbdən doğan cinayətlərin sayı 2259-dan çox olub. Bu cinayətlərin əksəriyyəti mühacirlərin ictimai hüquqları və səfələri ilə bağlıdır.

Hesabatda deyilir ki, Amerika prezidenti Donald Tramp müsəlman miqrant və mühacirlərin bu ölkəyə giriş qadağası ilə bağlı qalmaqallı fərmanından sonra müsəlman mühacirlərin hüquqlarının pozulması ilə bağlı şikayətlər çoxalıb.   

Amerikanın İslami Əlaqələr Şurası (CAİR) müsəlmanların nüfuzlu hüquqi və mədəni təşkilatlarından biridir ki, media qrumları, mədəni hüquqlar, sosial rabitə qurmaq təlimləri və siyasi məsələlərin hüquqi araşdırılması zəminində fəaliyyət göstərir.  

http://iqna.ir/fa/news/3737292

Teqlər: iqna ، abş ، amerika ، islamofobiya ، caİr
captcha