IQNA

İslam incəsənəti hərracında Məmlük dövrünə aid Quranı təqdim olunub

11:45 - March 21, 2024
Xəbər sayı: 3495665
İQNA – Şərq Beynəlxalq Auksion Mərkəzi Ramazan ayı münasibətilə qədim İslam əsərlərini satışa çıxarıb.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, satışa çıxarılan əsərlər arasında müshəflər, əlyazma nüsxələri və qədim saxsı qablar var.

Hərracda 14-15-ci əsrlərə, yəni Məmlük dövrünə aid böyük bir müshəf 42 min avroya satışa çıxarılıb.

Bu Quran böyük ölçüsünə görə nadirdir. Çünki Məmlük padşahları və vəzirləri arasında Quranı böyük xətlə yazmaq adi hal idi.

Bu auksionda Şimali Afrika və ya Uzaq Şərqə, 9-cu əsrə aid Kufi müshəf hissələri 1000 ilə 1200 avro arasında qiymətə satılıb.

Qurani-Kərimdən qırmızı nöqtələrlə sarı dairələrlə bəzədilmiş səhifələr və ayələr daha əvvəl Sothebys hərracında satışa çıxarılmışdı. Surələrin adlarını qırmızı, Quran haşiyələrindəki əlavə mətnləri isə sarı, qırmızı və qara rənglərlə ayırd etmək olar. Bu müshəfin 15-25 min lirə dəyərində olduğu təxmin edilir.

4206222

captcha