"İQNA", Həzrətr Abbas (ə) hərəminin məlumat bürosuna istinadən xəbər verir ki, bu ziyarətgaha bağlı Qadın Quran Mərkəzi elan edib: "Bu mərkəzin qapıları Ərbəindən sonra Quran kursları könüllülərinin üzünə açıq olacaq".
Həzrət Abbasın (ə) hərəmindəki Qadın Quran Mərkəzinin direktoru Mənar Əl-Cuburi deyib: "Ərbəin bitdikdən sonra və əvvəlki cədvələ uyğun olaraq, bu mərkəzin Nəcəfdəki mərkəzi ofisi səhər və axşam Quran kursu tələbələrini qəbul edəcək".
O əlavə edib ki, qadın Quran Mərkəzi fəaliyyətini daha böyük diqqətlə davam etdirəcək. Bu mərkəz Quran qaydalarını öyrənmək istəyən daha çox qadını qəbul etmək üçün yeni kurslar yaratmaq əzmindədir.
4087261