"İQNA", "Zaviyə"-yə istinadən xəbər verir ki, Moody's bazar təhlili şirkətinin investorlar departamenti yeni hesabatında məlumat verib: "Afrikanın müsəlman əhalisinin çox olması səbəbindən qitədəki İslam bank aktivlərinin növbəti 10 il ərzində əhəmiyyətli dərəcədə artacağı gözlənilir".
Moody's-in vitse-prezidenti və baş analitiki Mick Kabia deyib: "Afrikanın böyük müsəlman əhalisini nəzərə alsaq, bu sektorda artım üçün böyük potensial var".
Afrikanın müsəlman əhalisi təxminən 530 milyon nəfərdir ki, bu da Afrika əhalisinin təxminən 40%-ni təşkil edir.
4087404