IQNA

Aşura və bizim bu günümüz-4

Seyyidüş-Şühədaya (ə) əzadarlıq etməyin əhəmiyyəti

Həzrət Seyyidüş-Şühədanın (ə) əza məclislərinin qurulmasına nə üçün bu qədər təkid edilir? Nə üçün hədislərdə İmam Hüseyn (ə) əzası saxlayanlara bu qədər dünya və axirət mükafatı vədə verilib?

Ali Məqamlı Rəhbərin Seçilməsi Məclisinin (Xübrəqan) üzvü və Tehran universitetinin ustadı Məhəmməd Möhsin İsmayili "İran Universitetlərinin Qura Təşkilatı"nın "Mübin" studiyasında "Aşura və bizim bu günümüz" adlı silsilə videodərslərdə Aşuranın tarixini təhlil edib, Aşuranın qiyamının kökləri, səbəb və amilləri, fəlsəfəsi, nəticə və ibrətlərindən danışıb.

Həmin videodərslərin dördüncü hissəsini təqdim edirik:

Dinin sahibləri olan məsumlardan (ə), yəni Həzrət Peyğəmbər (s) və Əhli-Beyt (ə) imamlarından Həzrət İmam Hüseynə (ə) əzadarlıq saxalmaq barədə bir çox təkidli tövsiyələr İslami qaynaqlarda mövcuddur. Bunun bir sirri var ki, şiələr buna agah və vaqifdirlər və əsrlər boyu bu əza məclislərini hər bir şəraitdə qoruyub saxlayıblar.

Həzrət Seyyidüş-Şühədanın (ə) əza məclislərinin qurulmasına nə üçün bu qədər təkid edilir? Nə üçün hədislərdə İmam Hüseyn (ə) əzası saxlayanlara bu qədər dünya və axirət mükafatı vədə verilib?

Əzadarlıq məclislərinin təşkil edilməsi və Əhli-Beytin (ə) müsibət zikrlərinin deyilməsi və eşidilməsi o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) bu barədə buyurur: "Hər bir yaxı işin müəyyən ölçü və miqdarda mükafatı və savabı var və yaxşı iş mükafatsız deyil. Amma bizim (Əhli-Beytin) müsibətində tökülən göz yaşına verilən savab və mükafatın miqdarı yoxdur".

Bu məclislərdə nə baş verir ki, onun üçün sonsuz bir mükafat və misilsiz bir savab nəzərdə tutulmuşdur və bizə icazə verilib ki, İmam Hüseynin (ə) əzasında uca səslə dad-fəryad belə edək. Halbuki bu işi öz əzizlərimizin müsibətində etmək məkruhdur. Fəqihlərimiz isə bu hökmdən İmam Hüseynin (ə) əzadarlığını istisna ediblər.

Bu qədər mükafat nəzərdə tutulmasının səbəblərindən biri budur ki, bu əzadarlıq məclisləri bais olur biz Aşura tarixini dönə-dönə təkrarlayaq, hadisənin səbəbləri üzərində düşünək və bu hadisəni yaradan səbəbləri unutmayaq və gələcəyimiz üçün ibrət dərsi olsun.

Xoş olsun o kəslərin halına ki, belə məclisləri təşkil etmək və bu məclislərdə iştirak etməyə müvəffəq olublar. Bu gün pandemiya səbəbi ilə belə məclislərdə iştirak edə bilmiriksə, ürək evimizi İmam Hüseynin (ə) əzadarlıq məclisinə çevirək. / iqna

kod