IQNA

Fidan: "Biz İsrailə qarşı bir sıra embarqolar tətbiq etdik"

3:56 - April 10, 2024
Xəbər sayı: 3495767
İQNA - Türkiyənin xarici işlər naziri Hakan Fidan, "İsrailə qarşı bir sıra embarqolar tətbiq etməyə qərar verdik" dedi.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan Ankarada mətbuata açıqlama verib.

Fidan, "İsrail üçün bir sıra yeni embarqolar tətbiq etməyə qərar verdik. Prezidentimizin təsdiqlədiyi bu embarqolar gecikmədən addım-addım həyata keçiriləcək. Bu vəziyyət müvafiq qurumlarımız tərəfindən ictimaiyyətlə paylaşılacaq" dedi.

Hakan Fidan "Bu ixracatda qadağa tətbiqi İsrail atəşkəs elan edənə və humanitar yardımların fasiləsiz olaraq Qəzzaya çatmasına icazə verənə qədər davam edəcək" dedi.

captcha