Həzrət Peyğəmbərin (s) buyurduğuna görə, “yuxu üç cürdür: Allahdan müjdə, şeytanın verdiyi qəm və yuxuda gördükdə insanın özü ilə nəfəs alması hədisi”. Bəs hansı yuxu mömin üçün Allahın müjdəsini gətirir?
"Yunis" surəsinin 64-cü ayəsində buyurulur: "Onlara dünyada da, axirətdə də müjdə vardır". Bu ayə haqqında Həzrət Peyğəmbər (s) buyurur: “O müjdə möminin gördüyü gözəl yuxudur ki, onun vasitəsilə dünyasında müjdə alır. Peyğəmbərdən (s) başqa bir rəvayətdə də həmin ayə haqqında deyilir: "O müjdə möminin gördüyü və ya başqasının onun üçün gördüyü həqiqi yuxudur". Həzrət Peyğəmbər (s) həqiqi yuxu haqqında da buyurur: "Həqiqi yuxu Allah tərəfindən verilmiş müjdə və peyğəmbərliyin bir hissəsidir".
Həzrət Peyğəmbərdən (s) həqiqi yuxuya iman gətirməyin əhəmiyyəti
Yuxu mövzusu və onun ətrafında olan məsələlər o qədər əhəmiyyətlidir ki, Allahın Rəsulu (s) bu barədə belə buyurmuşdur: “Həqiqi yuxulara inanmayan, Allaha və Onun Rəsuluna (s) iman gətirməmişdir".
Qurani-Kərim yuxu görməyin həqiqətini, onun təsirlərini mühüm və rəngarəng bir məsələ kimi gündəmə gətirir. Müxtəlif yerlərdə ondan bəhs edir. Qurani-Kərimdə insanların (peyğəmbərlərin, padşahların və adi insanların) yuxuları haqqında çoxlu ayələr vardır. Bu da mövzunun əhəmiyyətini və bu yuxuların insanların və cəmiyyətin həyatı ilə birbaşa əlaqəsini göstərir.
* Seyyid Mahmud Cavadinin yaddaştlarından götürülmüşdür.
4082882