IQNA

Seyidüş-Şühəda (ə) ilə ictimai həyat / 1

Ziyarət səfərinin fəziləti

18:25 - September 12, 2022
Xəbər sayı: 3492911
Səfər zamanı baş verən hərəkət insanın inkişafına səbəb olur. Başqalarının mədəniyyətini tanımaq, fikir mübadiləsi aparmaq, fərqli təcrübələri olan insanlarla ünsiyyət qurmaq və nəhayət onların acı və şirin həyat təcrübələrindən faydalanmaq səyahətin xüsusiyyətlərindəndir.

Ərbəin günləri münasibəti ilə Quran eksperti Höccətül-İslam Seyyid Cavad Behiştinin “Seyidüş-Şühəda (ə) ilə ictimai həyat” adlı söhbətindən İmam Hüseynin (ə) həyatından bugünkü insan həyatı üçün əməli dərslərə nəzər salmaq istəyirik:

Dinini cəmiyyətin bugünkü şüarı "ləbbeykə ya Hüseyndir (ə). Qurani-Kərimə və həyati mövzulara keçidlə bu mövzuda bir sıra qısa məsləhətləri sizinlə bölüşmək istərdik.

Qurani-Kərimdə “işgüzar səfər”, “elm öyrənmək üçün səyahət”, “dini təbliğ etmək üçün səyahət”, “zəiflərə dəstək olmaq üçün səfər”, “kömək almaq üçün səyahət”, "ibadət üçün səfər" və s. kimi 30-dan çox səyahət növü vardır. Allahın evini ziyarət etmək üçün səfər Qurani-Kərimin bir neçə yerində qeyd olunan səfərlərdən biridir.

Allahın evini ziyarət etmək üçün səfər etmək bəzi insanlar üçün vacib, bir çoxlarına isə müstəhəbdir. Səfər zamanı baş verən hərəkət insanın inkişafına səbəb olur. Başqalarının mədəniyyətini tanımaq, fikir mübadiləsi aparmaq, fərqli təcrübələri olan insanlarla ünsiyyət qurmaq və nəhayət onların acı və şirin həyat təcrübələrindən faydalanmaq səyahətin xüsusiyyətlərindəndir.

Allah "Ənkəbut" surəsinin 20-ci ayəsində buyurur: "(Ya Rəsulum!) De: “Yer üzünü gəzib (Allahın) məxluqatı (ilk əvvəldən) nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!". Allah bu ayədə buyurur ki, müsəlmanlar bir yerdə qalmayın, müqəddəs məqsədlərlə hicrət edin.

Bununla əlaqədar Əmirəl-möminin Həzrət Əli (ə) səfər etməyi tövsiyə edir və məktubda İmam Həsənə (ə) belə tövsiyə edir: "Ey oğlum, mən sənə dünya və onun müxtəlif dəyişiklikləri, məhvi və keçib getməsi haqqında məlumat verdim. Axirətdən və orada insanlar üçün olanlardan xəbər verdim. Hər ikisi üçün misallar çəkdim ki, öyüd-nəsihət alasan. Həmçinin həyat tərzini öyrənəsən. Həqiqətən də dünyanı sınağa çəkənin əhvalatı susuz, otsuz, çətin bir evdə oturub rahatlıq və firavanlıq olan bir diyara köçmək niyyətində olan səyyahlar kimidir. Ona görə də onlar yolun çətinliklərinə dözür və dostların ayrılmasını qəbul edir. Səfərin çətinliyini və yeməyin pisliyini bütün qəlbləri ilə qəbul edirlər ki, geniş və təhlükəsiz məkana aramlıqla yetişsinlər. Səfərin bütün sıxıntılarından narahat olmurlar. Çəkilən xərclərə görə narahat olmurlar. Əmin-amanlıq məkanına çatmaqdan başqa heç bir şey onlara əziz deyil”. O həzrət bu məktubda İmam Həsəndən (ə) istəyir ki, əvvəlki ümmətlərin aqibətini öz gözləri ilə müşahidə etməyi və bundan bəzi dərslər almasınıə istəyir.

Peyğəmbər (s), Kərbəla ziyarətinin banisi və Ərbəin ziyarətinin təşəbbüskarıdır. Rəsulullah (s) buyurdu: “Mən sizin aranızda olduğum halda, məni görməyə, mən öldükdən sonra qəbrimə ziyarətə gəlin. Mən öldükdən sonra Əli, Həsən, Hüseyn və onların övladları ilə görüşməyə gedin. Onların şəhadətindən sonra məzarlarını ziyarət edin.

4081327

captcha