"İQNA"-nın İranın Tanzaniyadakı mədəni məsləhətçiliyinə istinadən verdiyi məlumata görə, bu müsabiqə Qurani-Kərimin hifzi üzrə sayca 24-cü müsabiqə olub. Bu müsabiqə xeyriyyəçilər və Tanzaniya hökumətinin vasitəsi və Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi İslam ölkələrinin yardımı ilə "Əl-Hikmə" Quranı Mühafizə İnstitutu tərəfindən təşkil olunub.
Öz növündə bənzərsiz olan bu yarışma hər il Tanzaniyada 100 mindən çox Quransevər müsəlmanın iştirakı ilə keçirilir.
24-cü qarşılaşmada günün ilk saatlarında havanın buludlu və yağışlı olmasına baxmayaraq, stadion insanla dolub. Çoxlu sayda insan da əsas stadiona daxil ola bilməyib.
Üç tanzaniyalı hafizdən başqa, Fil Dişi Sahili, Mali, Keniya, Toqo, Ruanda, Qambiya, Burundi, Seneqal, Cibuti, Qana, Somali, Əl-Cəziz, Nigeriya, Uqanda və Misirdən Qurani-Kərim hafizləri də var idi.
Bu yarışma ənənəvi olaraq Afrika ölkələrindən olan Qurani-Kərim hafizləri arasında keçirilsə də, bu il müsabiqəyə Danimarka, Portuqaliya, Yəmən və Səudiyyə Ərəbistanı daxil olmaqla, digər ölkələrin Quran hafizləri də qatılıb.
Ən gənc yarışçının 14, ən böyüyünün isə 25 yaşı var idi. Müsabiqənin münsifləri müxtəlif İslam ölkələrindən, o cümlədən Səudiyyə Ərəbistanı, Misir, Tanzaniya və Keniyadan seçilib.
Münsiflər heyətinin rəyindən sonra müsabiqənin qalibləri aşağıdakı kimi seçilib:
Proqramın rəsmi qonaqları arasında Zənzibarın prezidenti Hüseyn Moini də olub. Proqram Tanzaniya və digər İslam ölkələrindən olan mədəniyyət, din və siyasi xadimlərin geniş iştirakı ilə keçirilib.
4207166